İrəvanda əsgər valideynləri müxalifətin mitinqinə qoşulub - CANLI

   İrəvanda əsgər valideynləri müxalifətin mitinqinə qoşulub -    CANLI
  26 May 2022    Oxunub:704
Ermənistanda etiraz aksiyaları davam edir. AzVision.az xəbər verir ki, müxalifətin "Müqavimət" hərəkatının üzvləri bu gün baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş təşkil ediblər.
İrəvanda polislə etirazçılar arasında dava düşüb - VİDEO
Onlar baş nazirə qarşı “dövlətə xəyanət” maddəsi ilə cinayət işinin açılmasını tələb edərək Fransa meydanından Ali Məhkəmə Şurasına yürüş ediblər. Müxalifətin budəfəki aksiyasına 44 günlük müharibə zamanı öldürülmüş hərbçilərin yaxınları da qoşulub.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti