Allergiya orqanizmdə hansı fəsadlar yarada bilər?

   Allergiya orqanizmdə hansı fəsadlar yarada bilər?
  26 May 2022    Oxunub:1957
Allergiya mövsümü xarakter daşıdığına görə mütəmadi olaraq yaz və payız aylarında “çekap” (çek up) müayinələrdən keçmək lazımdır. Çünki allergiya xroniki proses və xəstəlikdir.
Bu sözləri GİEC və Türk Qastroenteroloji Dərnəyinin həqiqi üzvü, qastroenteroloq Sürəyya İsmayıl deyib.

S.İsmayıl bildirib ki, allergiya zamanı insanda bir çox əlamətlər müşahidə olunur:

“Asqırma, burun, göz və ağzın qaşınması, burun axması, dəridə səpkilər və s. xəstəliyin əsas əlamətlərindədir. Mövsümi qrup allergiyalara rinitlər, rinosinisitlər, traxeobronxit və ən ağır növü hesab olunan bronxial astma aiddir. Bundan əlavə övrə, kvinki ödemi, atopik dermatitlər də bu siyahıya daxildir. Allergiya zamanı isə əsasən, yumurta, süd, sitrus meyvələri qəbul etmək məsləhət görülmür”.

Qastroenteroloq onu da deyib ki, allergiya əlamətləri olanda mütləq həkimə müraciət etmək lazımdır:

“Allergiya zamanı həkim məsləhəti olmadan dərman qəbul etmək müxtəlif fəsadlar yarada bilər. Hətta xəstəlik xroniki hala, yəni bronxial astmaya çevrilə, ağırlaşmalar zamanı isə anafilaktik şok baş verə bilər. Xroniki halı tam müalicə edib, rimisiya (sakitlik) əldə etmək mümkün olmur. Ona görə də xəstəliyin ilkin əlamətləri baş verərkən həkimə müraciət etmək mütləqdir. Xəstənin nəyə allergiyası olduğu müayinə zamanı məlum olur və simptomlara əsasən müalicə təyin edilir”.

Qastroenteroloq həmçinin qeyd edib ki, xəstəlikdən qorunmaq üçün allerqoloqun məsləhətlərini dinləmək, mütəmadi olaraq müayinələrdən keçmək və həkim təyinatlarını düzgün şəkildə yerinə yetirmək lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti