Azərbaycanda qızıl istehsalı artır

Azərbaycanda qızıl istehsalı artır
  21 Aprel 2014    Oxunub:1256
Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining plc" (AAM) şirkəti cari ilin I rübündə "Gədəbəy" kompleks mədənində hasil edilən 11 312 unsiya qızıl istehsal edib. Müqayisə üçün deyək ki, şirkət 2013-cü ilin I rübündə 8 585 unsiya qızıl istehsal edib.
AAM hesabat dövründə 10 403 unsiya (qızılın unsiyası orta hesabla 1303 dollar) qızıl satıb.

AAM-ın proqnozlarına görə, 2014-cü ildə "Qoşa" yatağında 58 min ton filiz (1 tona görə orta hesabla 6 qram qızıl) hasil ediləcək ki, bu da təqribən 10 min unsiya qızıl istehsal etməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi ("Qoşa", "Gədəbəy" və "Ordubad") daxildir. Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur.


Teqlər:  





Xəbər lenti