Azərbaycanda ilk dəfə: Məşhur iş adamı ömürlük həbsdən birbaşa azad edildi - FOTOLAR +VİDEO

 Azərbaycanda ilk dəfə:  Məşhur iş adamı ömürlük həbsdən birbaşa azad edildi -    FOTOLAR +VİDEO
  28 May 2022    Oxunub:16905
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qobustan Həbsxanasında əfv sərəncamı icra edilib. Sərəncam bu həbsxanada saxlanılan məhkumlardan 2 nəfərə şamil olunub. Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadədir.
"Anama bu həsrəti yaşatdığım üçün peşmanam" - Əfv edilən ömürlük məhbus + VİDEO
Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

1966-cı ildə Göyçə mahalında anadan olmuş Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkarlardan idi.



Bundan başqa, həbsxanada daha bir məhkuma əfv olunduğu üçün sənəd verilib. Müddətli cəza almış məhkum Nurəddin Mustafayev də həbsxanadan azadlığa buraxılıb.

Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamına əsasən 168 nəfər həbsdən dərhal azad edilib, 30 nəfərin cəzası aşağı salınıb.



Ombudsman Səbinə Əliyeva deyib ki, Prezidentin sayca 68-ci əfv sərəncamında bir nəfər ömürlük cəza çəkən şəxs var: "İlk dəfədir ki, ömürlük cəza çəkən şəxs dərhal azad edilir. Bundan əvvəl də ömürlük cəza çəkənlər əfv olunub, amma onların cəzası yarıbayarı aşağı salınıb, amma bu ilk dəfədir ki, həbsdən dərhal azad edilir. Buna görə də məhkumu və ailəsini təbrik edirəm".

Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri əfv sərəncamının icrasını alqışlayıblar. Əfv olunan Şəmsi Səmədzadə və digər məhkumu, onların ailə üzvlərini təbrik ediblər.

















Şahanə Rəhimli
FOTO: Əhməd Xəlilov

AzVision.az


Teqlər:   Həbs   Azad   Ombudsman  





Xəbər lenti