Unitaz oğruları: "Xüsusi əməliyyatın" görünməyən tərəfi – Şəkillər

      Unitaz oğruları:    "Xüsusi əməliyyatın" görünməyən tərəfi –    Şəkillər
  30 May 2022    Oxunub:4838
Buça, İrpen, Qostomel, Mariupol, Severodonetsk… "xüsusi əməliyyat" davam etdikcə, işğalçı rus ordusunun tarixi aktivinə yeni-yeni hərbi cinayətlər və müharibə qanunları çərçivəsinə sığmayan hərəkətlər yazılır.
Rusiyanın Müdafiə Nazirliyinə və “Rosqvardiya”ya aid “Z” və “V” taktiki nişanlı hərbi birləşmələr artıq təkcə uğursuzluq yox, həm də total və absurd talançılıq simvoluna çevrilib. Cəmi 3 ay ərzində "dünyanın 2-ci ordusu" Ukraynadan oğurlayaraq, Uzaq Şərq istiqamətinə soyuducu və televizorlardan başlayaraq, uşaq oyuncaqları, işlənmiş alt paltarları və hətta... it köşkləri göndərib. Dünya öz gözlərilə gördü ki, "denasifikasiya/demilitarizasiya" şuarları ilə başlayan müharibənin əsl məqsədi əslində Ukraynanı "deunitalizasiya" etməkdir...


Yaradıcılığını rus ordusunun Ukraynada törətdiyi cinayətlərin içtimayyətə çatdırılmasına həsr edən Litvalı Tomas Upskas talançılıq mövzusunda "Brother in Arms" (Silahdaşlar) adlı geniş diorama kompozisiyası yaradıb. 1:43 miqyaslı səhnəcikdə hərbi əməliyyat zamanı dağıdılmış evin qalıqları, həmçinin özlərinə qənimət bilib, evdən oğurladıqları unitaz və digər ev əşyaları ilə əks olunan “Z” ordusunun əsgərləri yer alıb.


Müəllif dioramı internet auksionunda açıq hərraca çıxarmaq niyyətindədir. O, əldə olunan vəsaitin hamısını Ukrayna qaçqınlarına göndərəcəyini söyləyib.


Amma məsələ bununla da bitmir. Güman edilir ki, dünyanın tanınmış model şirkətləri ideyadan bəhrələnərək, rus ordusunu artıq məhz belə görməyə başlayacaq və onun əsgərlərinin bazara çıxarılacaq miqyaslı oyuncaqların əlində silah yerinə... unitaz, mətbəx əşyası və ya qadın alt paltarı olacaq. Şəbəkə istifadəçiləri belə oyuncaqların geniş marağa səbəb olacağına inanırlar...

Hans Kloss
AzVision.az üçün


Teqlər:





Xəbər lenti