Poladın qardaşı "Kurtlar Vadisi Pusu"dan ayrıldı

Poladın qardaşı "Kurtlar Vadisi Pusu"dan ayrıldı
  21 Aprel 2014    Oxunub:3792
Türkiyə televiziyalarının ən uzun seriallarından olan "Kurtlar Vadisi Pusu" da Raci Şaşmaz dövrü başa çatır. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaratdığı Pana film ilə Osman Sınavla birlikdə yola çıxan R.Şaşmaz "Kurtlar Vadisi Pusu"dan ayrılır. R.Şaşmaz yeni serialı, "Yalnız Kurt" adlı serialı ekranlaşdırmağa qərar verib.

Qardaşı Necati Şaşmaza Polat Alemdar rolunu verən R.Şaşmazın Pana Filmlə yollarını ayırmasına səbəb kimi 3 ildir "Kurtlar Vadisi Pusu"nun çəkilişlərindən tamamilə uzaq olması göstərilir. Həmçinin, Şaşmaz qardaşları arasında soyuq münasibətlərin yer aldığı da bildirilir. Kurtlar Vadisində yaşanan qardaş savaşının böyük bir ayrılığı özü ilə gətirdiyi deyilir.
Kurtlar Vadisində tək başına qalan Necati Şaşmaz isə Pana Filmin tək söz sahibi olub. R.Şaşmazın Pana Filmdən getməsi teleserialın 10 illik fəaliyyətində böyük sarsıntı kimi qiymətləndirilir.

Mirvari




Teqlər:  





Xəbər lenti