Nurçuların Azərbaycandakı məktəbləri - SİYAHI

Nurçuların Azərbaycandakı məktəbləri - SİYAHI
  21 Aprel 2014    Oxunub:4417
Dünyada nurçu təriqətinin lideri kimi tanınan Fətullah Gülənlə bağlı xəbərlər təkcə Türkiyə mətbuatının deyil, Azərbaycan mediasının da əsas müzakirə mövzusudur.

AzVision.az saytı mövzunun aktuallığını nəzərə alaraq Gülən hərəkatına bağlı təhsil müəssisələrinin siyahısını hazırlayıb.

Əslində Gülən məktəblərinin rəsmi olaraq sayını demək qeyri-mümkün olmasa da türk qaynaqlarından əldə etdiyimiz məlumatlarda onların əksəriyyətini müəyyən edə bilmişik.

Şimali Amerika qitəsi üzrə:

Kanadada Gülən camaatına məxsus xeyli sayda dil kursları fəaliyyət göstərir. Amerikada 5 özəl məktəb, 50-dan çox mədəniyyət mərkəzi bu təriqətə xidmət edir. Gülənçilərin Meksikada da 1 məktəb və mədəniyyət mərkəzləri mövcuddur.

Cənubi Amerika qitəsi üzrə:

Kolumbiya, Çili, Argentina, Braziliyaya da siraət edən Gülən hərəkatı bu ölkələrdə Mədəniyyət mərkəzləri tikməklə öz ideyalarını təbliğ edirlər.

Gülənçilər Afrikaya da gedib çıxa biliblər. Nurçuların Afrika qitəsindəki fəaliyyətini təqdim edirik:

Mərakeş: 4 özəl məktəb
Əlcəzair: dil kursları
Misir: dil kursları və tələbələr üçün yataqxanalar
Mavritaniya: 1 özəl məktəb
Mali: 1 məktəb
Nigeriya: 4 orta məktəb, 1 mədəniyyət mərkəzi
Çad: 1 məktəb
Efiyopiya: 1 məktəb
Qambiya: 1 məktəb
Qvineya: 1 məktəb
Burkina Faso: 1 məktəb
Qana: 1 məktəb
Toqo: 1 məktəb
Niger: 1 məktəb
Kamerun: 1 məktəb
Cənubi Afrika Respublikası (CAR): 4 özəl məktəb
Konqo və Uqanda: 1 məktəb
Kenya: 4 məktəb
Tanzaniya: Təhsil kompleksləri
Mozambik: 1 məktəb
Madaqaskar: 1 məktəb

Gülən cammatı demək olar ki, dünyanın dörd bir yanına öz kökünü sala bilib.

Əldə etdiyimiz məlumata görə, okeanın o tayında da Gülən tərəfdarları yetişdirilir. Belə ki, Avstraliyada hərəkata məxsus 7, İndoneziyada 4, Filippində də 4 özəl məktəb fəaliyyət göstərir.

Bu göstərici Asiya ölkələri üzrə daha çoxdur:


Qazaxıstan: 29 məktəb
Tacikistan: 13 məktəb
Qırğızıstan: 12 məktəb
Türkmənistan: 20 məktəb
Özbəkistan: 1 məktəb
Əfqanıstan: 4 məktəb
Pakistan: 6 özəl məktəb, 1 mədəniyyət mərkəzi
Hindistan: 3 özəl məktəb, və dil kursları
Nepal: 1 məktəb
Banqladeş: 4 məktəb
Monqolstan: 4 məktəb
Yaponiya: 1 məktəb, 5 dil kursu və mədəniyyət mərkəzi
Cənubi Koreya: 1 mədəniyyət mərkəzi
Malaziya: 1 məktəb
Vyetnam: 1 məktəb
Kamboca: 2 məktəb
Tayland: 3 məktəb
Yəmən: 3 məktəb
İraq: 4 kollec
İsrail: 1 mədəniyyət mərkəzi

Dünyanı hörümçək toru kimi əhatəsinə alan bu hərəkatın digər bir qolu Avropaya gedib çıxıb.



Rusiya Federasiyası: 6 özəl məktəb
Azərbaycan: 12 məktəb
Gürcüstan: 3 məktəb
Ukrayna: 2 məktəb
Moldova: 2 məktəb
Latviya: 2 məktəb
Litva: 1 mədəniyyət mərkəzi
Estonya: 1 mədəniyyət mərkəzi
Rumıniya: 4 məktəb
Bolqarıstan: 3 məktəb
Makedoniya: 4 məktəb
Albaniya: 4 məktəb
Macarıstan: 1 dil kursu, 1 mədəniyyət mərkəzi
Slovakiya: 1 mədəniyyət mərkəzi
Çexiya: 1 mədəniyyət mərkəzi
Polşa: 1 mədəniyyət mərkəzi
Almaniya 3 məktəb, dil kursları və bir neçə mədəniyyət mərkəzi
Avstriya: dil kursları
İtaliya: 1 mədəniyyət mərkəzi
İsveçdə: Tələbə yataqxanaları və mədəniyyət mərkəzi
Hollandiya: Tələbə yataqxanaları və mədəniyyət mərkəzi
Belçika: 1 məktəb, tələbə yurdu, dil kursları və mədəniyyət mərkəzləri
Fransa: dil kurları və mədəniyyət mərkəzləri
Eləcə Fətullah Gülən camaatının Danimarka, İsveç, Finlandiya, Norveç, Portuqaliya, İspaniya kimi Avropa ölkələrində mədəniyyət mərkəzləri və xeyli sayda dil kursları fəaliyyət göstərir.

Hərəkata məxsus olduğu iddia edilən təhsil ocaqları daha çox Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Azərbaycanda yerləşir.

Qırğızıstan Beynəlxalq Atatürk Alatoo Universiteti,
Virginiya Universiteti,
Beynəlxalq Türkmən-Türk Universiteti,
Qazaxıstan Süleyman Dəmirəl Universiteti,
Gürcüstan Beynəlxalq Qaradəniz Universiteti,

Ölkəmizdə isə Qafqaz universitetinin adı bu siyahıda hallanır.


Qeyd edək ki, Gülən camaatına məksus olduğu bildirilən özəl məktəblər bunlardır:

Ağdaş
Bakı
Dədə Qorqud
Şirvan
Gəncə
Lənkəran
Mingəçevir
Sumqayıt
Şəki
Quba liseyləri
“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası
“Kafkas” İlk Öyretim Okulu.

Eyni zamanda “Araz” və “Zaman” kurslarının də Gülən camaatına aid olduğu bildirilir.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti