"Xəzər qazının ölkə balansına daxil olmasında maraqlıyıq"

   "Xəzər qazının ölkə balansına daxil olmasında maraqlıyıq"
  02 İyun 2022    Oxunub:1622
Macarıstan Xəzər qazının enerji balansına daxil olmasında maraqlıdır. AzVision.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Xəzər qazının Avropya çatdırılmasının çoxalmasına və boru kəmərinin potensialının artırılmasına ehtiyac var:
"Bunun üçün investisiyalar yatırılmalıdır. İnvestisiyalar çoxalmasına nail olmasaq bu, nağıl olacaq".

Nazir qeyd edib ki, Xəzər qazının Avropaya çatdırılması ideologiya, reallıq və həqiqət məsələsidir:
"Avropa ittifaqları ölkələri əlavə resurslarının cəlb edilməsi istiqamətində düşünməlidir. Enerjinin qiymətləri də vacib məsələdir, insanların yaşam tərzinə təsiri var. Enerji balansını dəyişdikdə qiymət dəyişmərsə, bu qədər işə ehtiyacı olmayacaq. Biz Xəzər qazının ölkə balansına daxil olmasına maraqlıyıq. Amma biz hazırki enerji təminatından da əl çəkməyəcəyik. Bu insanlar üşün böyük qiymətlər deməkdir".

P.Siyatro əlavə edib ki, enerji sanksiyaları onların qırmızı xəttidir: "Neftlə bağlı Rusiyaya sanksiyalar edilə bilər, amma təbii qazla bağlı sanksiyalara razı ola bilmərik. Bizim 85 faiz təbii qazımız Rusiya tərəfindən təmin olunur".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti