Merkel müharibənin 4-cü ayında kimin tərəfində olduğunu açıqladı

   Merkel    müharibənin 4-cü ayında    kimin tərəfində olduğunu açıqladı
  02 İyun 2022    Oxunub:1201
Almaniyanın keçmiş kansleri, məşhur siyasətçi Angela Merkel nəhayıt ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıq mövqe ortaya qoyub. AzVision.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Merkel Ukraynanın NATO yolunda "sədd olması" na haqq qazandırdı
Qeyd edilir ki, Almaniyanın keçmiş kansleri Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin yalnız dördüncü ayında Kiyevi dəstəkləyib.

Eks-kansler öz mövqeyini Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri ilə vida mərasimində çıxışı zamanı bildirib.

- Mən Ukrayna ilə həmrəyəm, - Merkel deyib. O, həmçinin qeyd edib ki, Almaniya hökumətinin Kiyevə yardımla bağlı fəaliyyətini və mövcud çətin vəziyyəti həll etmək cəhdlərini dəstəkləyir.

Eyni zamanda, Almaniyanın keçmiş rəhbərinin hazırkı hökumətə Ukrayna ilə bağlı gələcək addımlara dair hər hansı məsləhət verməkdən imtina etdiyi deyilir.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Merkel   Rusiya  



Xəbər lenti