"Z-burger”: Mc'Donalds Rusiyada işləmək üçün sifətini dəyişdi
Baş verənlərin fonunda Rusiya Dumasının spikerinin Mc'Donalds-ı "У дяди Вани!" brendinə çevirmək kimi absurd təklif irəli sürmüşdü. Hətta şirkətin əmlakını "milliləşdirmək", yəni müsadirə etmək təşəbbüsü ilə çıxış edənlər də tapılmışdı.
Amma görünən odur ki, “Mc'Donalds” nəhəng bazarı itirməmək üçün Rusiyanın siyasi rəhbərliyi ilə gizli danışıqlara getməyi seçdi. "Devision.Agency" reklam şirkətinin fast-food nəhəngi üçün hazırladığı yeni rebrendinq qismən “Mc'Donalds”ın stilini qorusa da, rus ordusunun yaşıl boyasını xatırladan çalarları ilə seçilir. Yəni "Z" əməlliyatı ilə qırmızı-sarı "Mak"ın hibrididir. Şirkətin adında isə bəsit "Весело и Вкусно" (şən və dadlı) şüarı yer alıb.
Şəbəkə istifadəçilərinin fikrincə, bu rebrendinq sadəcə biabırçılıqdır. Onların rəyləri arasında fast-food şəbəkəsinin yeni adı üçün əmlakının müsadirəsinə işarə edən "Oğurladıq və Əladır", "Ye və ...", "Qələbədonalds", "Kədərli və Dadsız", "Hırılda və ödlən" kimi istehzalı təkliflər var.
Hans Kloss
AzVision.az üçün