Erməni iş adamı belə güllələndi - VİDEO
Xatırladaq ki, bir müddət əvvəl Moskva prokurorluğu paytaxtın mərkəzində üzərində güllə yaraları olan və 1960-cı il təvəllüdlü kişi meyitinin tapıldığını bəyan etmişdi.
KİV-in məlumatına görə, hadisə iyunun 2-də Komsomolski prospektində, "Seydji" restoranının yaxınlığında baş verib.
Başından və kürətindən vurulan iş adamının məşhur konsaltinq şirkətlərindən biri ilə bağlı olduğu yazılıb. Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Kamaryanın özünün isə Ermənistan polisi tərəfindən axtarışa verildiyi bildirilir.
O, 10 il əvvəl Ermənistanda adam öldürməyə cəhdə görə axtarışda olub. Bəzi mənbələrə görə, o, daha sonra 500 min dollara qanuni oğru Rafik Madoyanın aradan götürülməsini əmr edibmiş. Sui-qəsdin qarşısı alındığı üçün Kamaryan Ermənistandan qaçıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


