Ermənistan parlamentinə səs bombaları quraşdırılıb

   Ermənistan parlamentinə səs bombaları quraşdırılıb
  03 İyun 2022    Oxunub:1977
Ermənistan parlamentinin həyətində xüsusi işıq-səs qumbaraları quraşdırılıb və bina polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. AzVision.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan məlumat yayıb.
"Qarabağın müstəqilliyini tanıyacayıq sözünü belə deyə bilmirlər" - Erməni deputat
Siyasətçi baş nazirin parlamentin həyətini "Məxməri" inqilabdan sonra sadə vətəndaşların üzünə açıq elan etdiyini xatırladıb.

- İndi isə parlamentin ərazisində partlayıcı qurğular quraşdırılıb, - Manukyan deyib.

Müxalifətçi deputat polislərin daşındığı avtobuslardan da danışıb. O qeyd edib ki, belə nəqliyyat vasitələrinin arendası bir neçə on min drama başa gəlir.

Xatırladaq ki, bir müddət öncə müxalifət parlamentin iyunun 3-də növbədənkənar iclasının keçirilməsini təklif edib. İclasda Azərbaycan və Türkiyə ilə danışıqların müzakirə edilməsi planlaşdırılırdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament  



Xəbər lenti