"Qərb Ukrayna müharibəsinə son qoymaq planını hazırlayır" - CNN

   "Qərb Ukrayna müharibəsinə son qoymaq planını hazırlayır" -    CNN
  04 İyun 2022    Oxunub:1684
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında ABŞ, Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri müharibəyə danışıqlar yolu ilə son qoymaq planını müzakirə etmək üçün müntəzəm görüşlərə başlayıblar.
"Yeni raketlər Ukraynanı risk altına atır" - The New York Times
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr yazır ki, Kiyev bu müzakirələrdə birbaşa iştirak etmir. Məqalə müəllifi qeyd edir ki, söhbət Ukraynaya gələcəkdə müzakirə üçün təklif oluna biləcək sülh planının təxmini parametrlərinin müəyyən edilməsindən gedir.

Xatırladaq ki, müharibə başlayandan qısa müddət sonra Türkiyə danışıqlarda vasitəçi rolunu öz üzərinə götürdü. Ankara martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünü təşkil etdi. Lakin Buçada hərbi cinayətlərin törədilməsi məlum olduqdan sonra danışıqlar donduruldu.

Aprelin 28-də isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdı və Türkiyənin vasitəçiliyi ilə danışıqları bərpa etməyi tövsiyə etdi.

Bundan sonra Türkiyənin müdafiə naziri Hulusi Akar bir daha bu mövzuya toxunaraq bəyan etdi ki, Volodimir Zelenski və Vladimir Putin yaxın gələcəkdə görüşə bilərlər. Ancaq görüş reallaşmadı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  



Xəbər lenti