Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcısı Asif Atanın ölümündən 25 il ötür. Bu il də Asif Ata Ocağının övladları, eləcə də, ocaqsevərlər Ağstafa sonevliyində Asif Atanın sonevini (qəbrini) ziyarət ediblər.
Onun ideyası, düşüncə yönü ilə bağlı söz deyilib, “Anım törəninin quralları” yerinə yetirilib. Ağstafa rayon kitab evinə Asif Atanın, Soylu Atalının son çap olunmuş kitablarından bağışlanıb. Törəndən sonra Ocaqçıların rayon aydınları ilə görüşü olub, Asif Atanın milli düşüncə yönü ilə bağlı disskusiyalar keçirilib.