Azərbaycanda ilk tammetrajlı animasiya çəkiləcək
Hazırda 20-yə yaxın müxtəlif yaşlı, müxtəlif təcrübəyə malik olan mütəxəssis burada işləyir. Onların ümumi portfoliosu 20 min saniyədir. Bu, Azərbaycan üçün ciddi bir rəqəmdir. Ümumilikdə götürsək, bu ilkin mərhələdir. Hazırlıq dövrü gedir, işlər görülür. Layihə davam etdikcə, bu layihədə iştirak edənlərin sayı 50-ə çatacaq. Ümid edirəm ki, bu müvəffəqiyyətli layihə olacaq və filmi tanınmış aktyorlarımız səsləndirəcək”.
Rüfət Əliyev eyni zamanda bildirib ki, Azərbaycan kinosu hazırda keçid dövrünü yaşayır: “Biz köhnə sistemin qalıqlarından qurtulub, yeni, həm beynəlxalq təcrübəyə uyğun, həm də Azərbaycanın reallıqlarını nəzərə alaraq bu sahənin inkişafı üçün addımlar atırıq. Son vaxtlar büdcə və film layihələri ilə bağlı müzakirələrin artmasının səbəbi keçid dövrü ilə əlaqədardır”.
Teqlər: Animasiya