“Arxiv sənədlərindən mənə dəqiq məlumdur ki, mənim əcdadlarım 17-ci əsrin birinci yarısından indiki Tver vilayəti ərazisində yaşayıb və kənddə işləyiblər. Hesab edirəm ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti kimi onlar da kəndli olublar” –deyə Putin bildirib.
Prezident bəyan edib ki, buna görə də o, kəndlərlə yaxından maraqlanır.
İclas zamanı genetik köklərin müəyyən edilməsi üçün amerikalı mütəxəssislərin cəlb edilməsi təklifi irəli sürülüb.
“Amerikalı mütəxəssislərə müraciət etməyə ehtiyac yoxdur. Çünki onların orada nə yazacağı məlum deyil və ən yaxşı halda bizim soykökümüzün banisi ayı olacaq” – Putin bildirib.
Öz növbəsində LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski bəyan edib ki, o da bu məsələni araşdırıb. Jirinovskinin sözlərinə görə, onun Napoleon və Albert Eynşteynlə ortaq kökləri var.
Eldar
AzVision.az