Səhər bu məhsulları yemək olmaz – Dietoloq xəbərdarlığı

Səhər bu məhsulları yemək olmaz – Dietoloq xəbərdarlığı
  06 Oktyabr 2014    Oxunub:7883
Diyetoloqlar səhər yeməyi üçün tamamilə uyğun olmayan məhsulların “qara siyahı”sını açıqlayıb.
Diyetoloqlar səhərlər acqarına, yeyilməsi qəti qadağan olunan məhsulların siyahısını açıqlayıb. Bir sözlə özünüzə xəstəlik qazanmaq istəmirsinizsə AzVision.az-ın təqdim etdiyi dietoloq məsləhəti ilə tanış olun.

Diqqət! Səhərlər acqarına yeyilməsi zərərli olan məhsulların siyahısına banan və təəccüblü də olsa yoqurt başçılıq edir.

Tərkibində xeyli miqdarda maqnezium olduğuna görə, günə bananla başlamaq olmaz. O, orqanizmdə kalsium-maqnezium balansını poza bilər. Nəticədə isə ürək-damar xəstəlikləri inkişaf edə bilər.
Səhərlər acqarına portağal da yemək qadağandır. Çünki, bu meyvə qastrit və allergiya yarada bilər.

Tərkibində xeyli miqdarda pektin və aşılayıcı turşu olduğuna görə, səhərlər xurma və pomidor yemək də arzuolunmazdır. Belə ki, orqanizmdə pektin və turşuların miqdarı normadan artıq olarsa, mədə daşı yaranar.

Səhərlər çiy tərəvəz – xiyar, qırmızı istiot, kələm yemək mədənin selikli qışasında qıcıqlanmaya səbəb ola bilər. Ona görə də həzm sistemində problemi olan insanların bu tərəvəzləri acqarına qəbul etməsi qadağandır. Həmçinin səhərlər soyuq içkilər içmək də qadağandır.

Soyuq içkilər də məsləhət görülmür. Xüsusilə də qadınlara. Çünki, soyuq içkilər qadınlarda minustral tsiklin pozulmasına səbəb olur.

Yoqurtu acqarına yeyən zaman o, öz faydalı keyfiyyətlərinin əhəmiyyətli hissəsini itirmiş olur. Onu, yeməkdən iki saat sonra və ya yatmazdan əvvəl yemək lazımdır. Yalnız bu halda yoqurt həqiqətən də həzm prosesinə kömək göstərir.

Şirin kartofu səhərlər yemək “mədə ağırlığı”na səbəb olur.

Ac qarına şəkər yemək də ziyanlıdır. Bu zaman insan orqanizmi qanda şəkərin səviyyəsini tənzimləyəcək miqdarda insulin ifraz edə bilmir. Bütün bunlar isə göz xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, şəkər turşu-qələvi balansının pozulmasına da səbəb ola bilər .

Acqarına Sarımsaq qastrospazm (mədə sancılarına) yaradır.

Hisə verilmiş məhsullar və konservlərdən istifadə ümumiyyətlə məsləhət görülmür, səhərlər isə əsla olmaz.

Əgər siz mədə-bağırsaq pozuntuları və ya daha ciddi xəstəliklərlə üzləşmək istəmirsinizsə, acından `ölsəniz` belə, hər nə oldu yeməyin.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti