Kolluqda döyüş imitasiyası yaradan "Kadırovçılar" - VİDEO

   Kolluqda döyüş imitasiyası yaradan "Kadırovçılar" -    VİDEO
  08 İyun 2022    Oxunub:718
Ukraynada Rusiya ordusunun tərkibində döyüşlərə qatılmış “Kadırovçılar” batalyonunun könüllüləri növbəti dəfə özlərini ifşa ediblər. AzVision.az xəbər verir ki, Ukrayna mediası onların guya cəbhə bölgəsindən olan döyüşlərini əks etdirən video yayıb.
Kadırov alayının komandir müavini yaralanıb
Qeyd edilir ki, əslində həmin ərazidə heç bir aktiv döyüşlər getməyib və onlar səhnələşdirilmiş videoçarxlar yaratmaqda öz "istedadlarını" nümayiş etdirdilər.

"Sosial şəbəkələrdə daha bir çeçen videosu peyda olub. Kadrlarda bir neçə “Kadırovçı” kolların yanında gəzişərək guya atışmalarda iştirak etdiklərini göstərməyə çalışıblar, döyüş imitasiya ediblər. Ancaq maraqlıdır ki, onlara qaşı heç bir cavab atışları eşidilmir. Eyni zamanda bu "TikToker"lər hətta güllə keçirməyən jilet və dəbilqə də taxmayıblar...", - saytlar yazıb.



Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibə başlayandan bəri döyüş bölgələrinə xeyli sayda çeçen döyüşçü göndərib. O, dəfələrlə sosial şəbəkələrdə paylaşım edərək əsgərlərinin itki vermədiyini, əksinə uğurla fəaliyyət göstərdiklərini iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Döyüş  





Xəbər lenti