"Hər beş dəqiqədə bir işğalçı məhv edilir" - Bratçuk

         "Hər beş dəqiqədə bir işğalçı məhv edilir" -    Bratçuk
  08 İyun 2022    Oxunub:1302
Ukraynada hər beş dəqiqədə ən azı bir işğalçı məhv edilir. AzVision.azxəbər verir ki, bunu Odessa vilayəti hərbi adminstrasiyası Əməliyyat Qərargahının mətbuat katibi Sergey Bratçuk deyib.
Kolluqda döyüş imitasiyası yaradan "Kadırovçılar" - VİDEO
Onun sözlərinə görə, gecə Odessa və ümumilikdə bölgə hava həyəcanı siqnalları altında keçsə də, atəşə tutulmayıb.

O qeyd edib ki, cənub istiqamətində Ukrayna silahlı qüvvələri rusların mövqelərinə artilleriya və aviasiyadan dörd zərbə endirib.

- Bir neçə hərbi texnika, silah-sursat anbarları məhv edilib. Müəyyən sayda şəxsi heyət də öldürülüb. Düşmənin verdiyi itkilər dəqiqləşdirilir, - Bratçuk deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti