|
| "Zelenskinin həftədə 7 cümə günü var" - Lavrov |
- Qərbli həmkarlarımız və ukraynalıların özləri bunu universal fəlakət kimi təsnif etməyə çalışırlar. Baxmayaraq ki, sözügedən Ukrayna taxılının payı buğda və digər dənli bitkilərin qlobal istehsalının 1%-dən azını təşkil edir, - nazir qeyd edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva Ankaranın Ukrayna taxılının ixracı ilə bağlı səylərini yüksək qiymətləndirir.
- Bununla belə, mövcud durumu blokadadan çıxarmaq, Ukrayna limanlarından taxıl ixrac etmək, girov kimi istifadə olunan bir neçə onlarla xarici gəmilərin limanları tərk etməsi üçün yollar axtaran türk dostlarımızın səylərini çox yüksək qiymətləndiririk, - Rusiya diplomatiyasının rəhbəri qeyd edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


