|
| Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş - İrəvandan etiraf |
"İyunun 8-də saat 11:00-da yerli tibb mərkəzinə Metsamordan ağır vəziyyətdə bir nəfərin gətirilməsi barədə məlumat yayılıb. Tibb mərkəzinə gələn əməliyyatçılar ölən şəxsin Armavir rayon sakini, 59 yaşlı Varşam M. olduğunu müəyyən ediblər", - məqalədə yazılıb.
Həmçinin müəyyən edilib ki, AES əməkdaşı səhər saat 10:40 radələrində soyutma qülləsində təmir işləri apararkən faciəli şəkildə ölüb. İşçinin üzərinə 7 metr hündürlükdən boru düşüb.
Faktla bağlı Armavir regional istintaq idarəsində materiallar hazırlandığı və bir sıra ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin edildiyi deyilir.
Qeyd edək ki, Metsamor AES dünyanın ən təhlükəli stansiyalarından biri, bəlkə də birincisi sayılır. Çünki AES-in istismar müdəti bitsə də, İrəvan təmir işlərini əsasən podratçı kimi Rusiyanın “Rusatom Service” şirkəti tərəfindən apararaq stansiyanın ömrünü "uzatmağa" çalışır. Hazırda Metsamor nəinki region, ümumilikdə Avropa üçün təhdidlər doğurur.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


