Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş - İrəvandan etiraf

   Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş -    İrəvandan etiraf
  18 Aprel 2022    Oxunub:1161
Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) təhlükəli fəaliyyətinə dair daha bir fakt üzə çıxıb. Bu dəfə İrəvan AES-in müasir standartlara uyğun saxlanmasında məsuliyyətsizlik göstərdiyini etiraf edib.
"Metsamor" AES-dən yeni təhlükə- FOTOLAR
AzVision.az xəbər verir ki, stansiyanın baş direktorunun müavini Movses Vardanyan yerli mediaya verdiyi müsahibədə deyib ki, artıq bundan sonra peşəkar ixtisası olmayan şirkətlər AES-də təmir işlərinə cəlb edilməyəcəklər. Vardanyan bununla da indiyə kimi İrəvanın Metsamorla bağlı görülən işlərə dırnaqarası yanaşdığını təsdiq edib.

O qeyd edib ki, əvvəllər stansiyada açıq paylayıcı qurğunun tikintisi üzrə müsabiqədə ən aşağı maliyyə dəyəri təklif edən yerli şirkət qalib gəlibmiş. Ancaq bu şirkətlə müqavilə bağlanmayıb. Çünki aydın olub ki, sözügedən kompaniyanın bu cür enerji-infrastruktur işlərinə heç bir aidiyyəti olmayıb.



Vardanyan xüsusi olaraq vurğulayınb ki, bundan sonra müsabiqələrdə iştirak edən bütün şirkətlər üçün iş təcrübəsi və kadrların ixtisası ilə bağlı şərtlər tətbiq olunacaq . Bütün müsabiqələri şəxsən Movses Vardanyan və digər təcrübəli mühəndislər nəzarət edəcəklər.

Hazırda isə açıq havada paylayıcı qurğuların tikintisi üzrə müsabiqə qeyri-müəyyən müddətə təxirə salınıb. Amma əvvəlki tender üzrə olan fəaliyyət- stansiyanın soyuducu qüllələrinin təmiri üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Metsamor AES dünyanın ən təhlükəli stansiyalarından biri, bəlkə də birincisi sayılır. Çünki AES-in istismar müdəti bitsə də, İrəvan təmir işlərini əsasən podratçı kimi Rusiyanın “Rusatom Service” şirkəti tərəfindən apararaq stansiyanın ömrünü "uzatmağa" çalışır. Hazırda Metsamor nəinki region, ümumilikdə Avropa üçün təhdidlər doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   AES   Təmir   Metsamor  





Xəbər lenti