"Metsamor" AES-dən yeni təhlükə- FOTOLAR

   "Metsamor" AES-dən yeni təhlükə-   FOTOLAR
  16 Fevral 2022    Oxunub:3569
Ermənistan mediasında "Metsamor" Atom Elektrik Stansiyasının(AES) yeni təhlükə saçması ilə bağlı məlumat dərc edilib. AzVision.az xəbər verir ki, bəzi müxalif saytlar musiqiçi Ara Qorqyanın çəkdiyi AES fotosunu yayaraq normalda stansiyadan bu cür qaz, tüstü və ya parın çıxmadığına diqqət çəkiblər.
Rəsmi Bakı Metsamor AES-in bağlanmasına çağırış etdi
- Ara Qorqyan fotonu Eçmiədzindəki Aqavnatub kəndindən yeni çəkib və "Bizim Atom Elektrik Stansiyasının buxarıdır" yazıb. Həqiqətən də AES-də nə baş verməsinə aydınlıq gətirilsə yaxşı olar,-məqalədə yazılıb.

Qeyd edək ki, "Metsamor" dünyann ən təhlükəli, istifadə müddəti bitmiş AES-lərindən sayılır.
Metsamorun istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək yalnız Ermənistan Türkiyə, Azərbaycan və İran deyil, daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır. Bundan əlavə, Ermənistanın nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar da yaranıb.






Tural Tağıyev
AzVision.az



Teqlər:   AES   Metsamor   Ermənistan  





Xəbər lenti