"Yüzlərlə azərbaycanlı və türk dənizçi minalı limanlarda qalıb" - Bloomberg

"Yüzlərlə azərbaycanlı və türk dənizçi minalı limanlarda qalıb" -    Bloomberg
  09 İyun 2022    Oxunub:1386
Ukraynanın əsas limanlarında Qara və Azov dənizlərində minaların təmizlənməsinə hətta indi başlasaq belə, bu aylarla vaxt aparacaq. AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə xüsusi müşaviri Piter Adams Bloomberg-ə müsahibəsində deyib.
"ABŞ Kiyevin hərbi strategiyasını anlaya bilmir" - The New York Times
- Hətta limanlar sabah açmaq istəsələr belə, gəmilərin bura daxil olub çıxması bir qədər vaxt aparacaq. Liman ərazilərində dəniz minalarını tamamilə təmizləmək isə bir neçə ay çəkəcək, - Adams deyib.

O həmçinin qeyd edib ki, Rusiya gəmiləri Ukraynanın Qara dənizə çıxışını əngəlləyib, taxıldan toyuğa qədər əsas qida məhsulalrının dəniz ixracını faktiki olaraq dayandırıb. Bu isə qlobal ərzaq böhranını daha da gücləndirib.

Bundan əlavə, Ukrayna limanlarında 80-dən çox gəmidə 450-yə yaxın xarici dənizçi qalıb. Onların üçdə biri Filippindən, əhəmiyyətli hissəsi Türkiyə, Suriya və Azərbaycandandır.

Moskva Ukraynanı limanları Rusiyanın mümkün hücumlarından qoruyan minaları təmizləməkdən imtina etməkdə ittiham edir. Ruslar bu mənada genişmiqyaslı təchizat proseslərinin pozulmasına görə məsuliyyəti rədd edirlər. Limanların yenidən açılması cəhdləri uğursuzluğa düçar olur və Türkiyənin sövdələşməyə vasitəçilik səylərində isə hələlik ciddi irəliləyiş əlaməti yoxdur.

Nəşr xatırlatma kimi qeyd edib ki, mart ayında dənizdə üç sərbəst üzən mina aşkar edilib. Onlardan ikisi Türkiyə sahillərinə, biri Rumıniya sahillərinə gəlib çıxıb. Adamsın sözlərinə görə, Ukrayna yaxınlığında Qara dənizin şimal-qərbində ticarət gəmiləri fəaliyyətini tam dayandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Mina   Rusia   Dənizçi   Gəmi  



Xəbər lenti