"Uzaq mənzilli artilleriya ilə Severodonetski üç günə “təmizləyərik”

   "Uzaq mənzilli artilleriya ilə Severodonetski üç günə “təmizləyərik”
  09 İyun 2022    Oxunub:1214
Ukrayna hərbçiləri Qərbdən uzaq mənzilli silahlar alarsa, Severodonetskdə olan rus işğalçılarını tez bir zamanda darmadağın edə biləcəklər. AzVision.az xəbər verir ki, bunu Luqansk vilayətinin başçısı Sergey Qayday deyib.
Ukrayna qırıcıları ruslarla "siçan-pişik oyunu"nda - VİDEO
Onun sözlərinə görə, ruslar hazırda silahlı qüvvələrin nəzarətində olan sənaye zonasına güclü hücumlar edirlər. Əgər ordu lazımi silahları alarsa, o zaman ruslara artilleriya duelində qalib gələcəklər.

- Ruslar ibtidai taktikalarına sadiq qalırlar: ağır artilleriya atəşi və ardınca da cəbhəni yarmaq cəhdləri. Eyni şey artıq dağılmış Rubijne və Popasnada da baş verdi. Düşmən bizim nəzarət etdiyimiz sənaye zonasına güclü zərbələr endirir. "Sovetçilər" Qərbə uduzur və lazımi silahlar olsa, müdafiəçilər iki-üç günə Severodonetski təmizləyə biləcəklər, - Qaydai vurğulayıb.

Onun sözlərinə görə, şəhərdə küçə döyüşləri davam edir. Ruslar Lisiçansk-Baxmut magistralına nəzarət edə bilməsələr də daima ora hücum edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Artilleriya  



Xəbər lenti