Ukrayna qırıcıları ruslarla "siçan-pişik oyunu"nda - VİDEO

  Ukrayna qırıcıları ruslarla "siçan-pişik oyunu"nda -    VİDEO
  09 İyun 2022    Oxunub:5686
Ukrayna pilotlarının döyüş bölgəsində göstərdiyi məharətə dair yeni video yayılıb. AzVision.az xəbər verir ki, xarici KİV-in diqqətini çəkən bu görüntülərdə qırıcı pilotu maksimum dərəcədə təhlükəli manevrlər etməyə çalışıb ki, rus hava hücumundan müdafiə sistemləri onu aşkarlaya və ya vura bilməsin.
Artilleriya rusların "Qrad" anbarını havaya uçurdu - VİDEO
"The Telegraph"la yanaşı "The Sun" da bu videoya diqqət ayrıbı. Nəşr ukraynalı hərbçinin peşəkarlığını öyərək pilota tərif yağdırıb.

"Ukraynalı pilotlar Kreml təyyarələri tərəfindən aşkarlanmamaq üçün çarəsiz şəkildə yerə xeyli yaxın məsafədə uçublar. Onlar bu təhlükəli uçuşları, yerlə yaxın məsafədə manevrləri o qədər ölmcül həddə salıblar ki, az qala qırıcılar aşağıda görünən ağacları qırsınlar...", - nəşr yazıb.

Qeyd edilir ki, görüntülər şərq bölgəsində qeydə alınıb və qırıcı Su-25 olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Pilot   Qırıcı  





Xəbər lenti