Bakı metropoliteni üçün 5 yeni “Avikon-31” aparatı alnıb
Yeni alınmış aparatlar əvvəlki nəsil analoqlarından operativliyi, effektivliyi və idarəetmə panelinin çoxfunksiyalılığı ilə fərqlənir. Əvvəlki nəsil defektoskoplarından üstünlükləri sırasında sensor üsulu ilə işləməsi və 8 düymlük böyük rəngli ekrana malik olması işin rahatlığını təmin edir.
"Koordinatlar GPS vasitəsilə avtomatik təyin edilir, məlumat mərkəzi serverə ötürülərək təhlil olunur və müvafiq qərarlar verilir. Müxtəlif funksiyaları özündə mükəmməl şəkildə birləşdirməklə əl əməyini minimuma endirən qurğu 7 km/saat sürətlə hərəkət edir. Siqnalları avtomatik idarə olunur, qüsurlu hissələrin foto və video görüntüsünü qeydə alınır, serverə məsafədən simsiz ötürməni həyata keçirilir.
Metropoliten xətləri defektoskop vasitəsilə ultrasəs müayinəsi ilə yanaşı, müasir diaqnostika kompleksi ilə də ay ərzində iki dəfə yoxlanılır. Ultrasəs müayinəsi aparatlarından fərqli olaraq, bütün metropoliten infrastrukturunu müxtəlif parametrlər üzrə yoxlayan diaqnostika qatarı real sərnişindaşıma prosesi zamanı relslərə düşən yükü də nəzərə almaqla, yolların vəziyyətini qiymətləndirir.
Həm universal kompleks, eləcə də gündəlik iş rejimində planlı surətdə xətlərdə aparılan yoxlamalar sayəsində metropolitenin dəmiryol şəbəkəsinin optimal təhlükəsizliyi təmin edilir", - məlumatda deyilir.
AzVision.az
Teqlər: Metro