"Vergi ödəyəcəyik ki, rus məktəbləri açasınız?" - Barseqyan

         "Vergi ödəyəcəyik ki, rus məktəbləri açasınız?" -    Barseqyan
  10 İyun 2022    Oxunub:2227
Dünən Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rusdilli erməni məktəblərin sayı artacaq. Lavrovun bu fikri erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Rusiya Ermənistanda rus məktəblərinin sayını artırmağa çalışır
Məsələn, "Asparez" Jurnalist Klubunun rəhbəri Levon Barseqyan yerli mediaya verdiyi açıqlamada yeni rus məktəblərinin açılmasını anormal addım kimi qiymətləndirib.

- Biz vergi ödəyəcəyik ki, siz rus məktəbləri aça biləsiniz? Lavrov Ermənistan tərəfinin xahişi ilə ölkəmizdə rus məktəblərinin açılacağını bəyan etdi. Birincisi həmin "erməni tərəfi" niyə və nəyə əsaslanaraq belə bir arzu ifadə edib? İkincisi isə bu "erməni tərəfi" bəs Rusiyada erməni məktəbləri açmaq istəyini bildirməyibmi? Niyə hesabat vermirsiniz? - Barseqyan deyib.

O qeyd edib ki, İrəvan vergi ödəyən xalqın fikirlərini öyrənmədən sanki Lavrovun gəlib ona söz deməsini gözləyib.

- Artıq daha az vergi ödəmək üçün "texnologiya" haqqında düşünəcəyəm. Bunu daha sonra paylaşacağam, ey hörmətli “erməni tərəfi”. Gedib başqa hambal tapın, ona qürurlu vətəndaş deyin və vergi ödədərək həmin şəxslərə onlara rus məktəbləri açın, - erməni fəal gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məktəb   Lavrov  



Xəbər lenti