Britaniya kəşfiyyatı: "Rusiya artıq 60-cı illərin raketlərini atır"

      Britaniya kəşfiyyatı:    "Rusiya artıq 60-cı illərin raketlərini atır"
  11 İyun 2022    Oxunub:1718
Rusiya artilleriya və təyyarələrdən atəş açır və dəqiq idarə olunan sursatların olmaması səbəbindən quru hədəflərinə qarşı köhnə, gəmi əleyhinə raketlərdən istifadə edir. AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
"Rusiyanın raket ehtiyatı tükənir" - Ukrayna kəşfiyyatı
"Rusiya Ukraynanın müdafiəsini alt-üst etmək üçün öz artilleriya və təyyarələri ilə kütləvi şəkildə atışlar həyata keçirir. Aprel ayından etibarən rus bombardmançıları, ehtimal ki, 1960-cı illərdən qalmış onlarla ağır X-22 gəmi əleyhinə raketlərini yerüstü hədəflərə qarşı istifadə ediblər” - kəşfiyyat məlumatında deyilir.

Qeyd olunur ki, 5,5 tonluq bu raketlər ilk növbədə nüvə başlığının köməyi ilə aviadaşıyıcıları məhv etmək üçün nəzərdə tutulub.

Adi döyüş başlığı ilə yerüstü hücum üçün istifadə edildikdə isə onlar olduqca qeyri-dəqiq effekt verirlər. Buna görə də həmin bombalar əhəmiyyətli mülki itkilərə səbəb ola bilərlər.

O da qeyd edilir ki, iyunun 10-na olan məlumata görə, Severodonetsk ətrafındakı rus qoşunları şəhərin cənubuna doğru irəliləyə bilməyib.

"Güclü küçə döyüşləri davam edir və hər iki tərəfin çoxlu sayda itki verməsi ehtimalı var", - Britaniya kəşfiyyatının hesabatında yazılıb.

Qeyd edək ki, fevraldan başlayan Ukrayna müharibəsi zamanı Rusiya raket atışlarından aktiv şəkildə istifadə edir. Müharibənin ilk günlərində hətta paytaxt Kiyev də aktiv şəkildə raket atəşinə məruz qalırdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Raket   Kəşfiyyat  





Xəbər lenti