Qafanda istehsalat qəzası ekoloji fəlakət yaratdı - VİDEO

   Qafanda istehsalat qəzası ekoloji fəlakət yaratdı -    VİDEO
  11 İyun 2022    Oxunub:3275
Ermənistanda ekoloji fəlakət baş verib. AzVision.az xəbər verir ki, yerli media Qafan sakinlərinin yağış gözlədiyi halda, şəhərin mərkəzinə müəmmalı sel gəlməsindən şoka düşdüklərini yazıb.
Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq
Qeyd edilir ki, normal halda əvvəlcə şəhərə və ya ətraf rayonlara leysan yağışlar yağmalı idi ki, sel gəlsin. Amma bu təbii fəlakət gözlənilmədən baş verib. Həm də axan çirkli suların rəngi də şübhə doğurub. Sel suyunun rəngi ərazinin torpaq, gil tərkibinə uyğun olmayıb. O daha çox, sənayedən axıdılan çirkli maddələr, tullantıları xatırladıb.

Qafanın ekoloji qeyri-hökumət təşkilatlarından biri isə məlum hadisənin videosunu sosial şəbəkələrdə paylaşaraq bunun təbii hadisə olmadığını iddia edib. Təşkilat axan çirkli suların istehsalat qəzasının nəticələrini baş verdiyini yazlb.

“Bura Qafanın mərkəzidir. Gördüyünüz isə yağış yağmadan gələn "sel"dir”, - paylaşımda deyilir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sel   Qafan   Ekoloji-Fəlakət  



Xəbər lenti