"Rusiyasız dünya sabit və davamlı olmayacaq" - Narışkin

   "Rusiyasız dünya sabit və davamlı olmayacaq" -    Narışkin
  11 İyun 2022    Oxunub:2932
Rusiya ənənəvi olaraq təhlükəsizlik və sabitliyin beynəlxalq qarantıdır. Onun iştirakı olmadan bağlanan heç bir qlobal və ya regional sülh nə güclü, nə də sabit, nə də davamlı ola bilməz.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Böyük nailiyyətlər ölkəsi. #Rusiya ləğv edilə bilməz" adlı sərgi layihəsinin açılış mərasimində deyib.

Narışkinin fikrincə, keçmişin ən həlledici dövrlərində Rusiya zamanın çağırışlarına geniş sosial konsolidasiya, vətəndaş cəsarəti, xalqın birliyi və qeyd-şərtsiz quruculuq istəyi ilə cavab verdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti