Ukrayna Ordusu 3 istiqamətdə əks-hücuma keçib

   Ukrayna Ordusu   3 istiqamətdə əks-hücuma keçib
  11 İyun 2022    Oxunub:1288
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Kiselevka, Soldatskoe və Aleksandrivka istiqamətlərində əks-hücum əməliyyatı keçirir. AzVision.az xəbər verir ki, bu barədə Xerson Şəhər Şurası məlumat yayıb.
Bildirilir ki, Tavriyskoye kəndi ruslardan geri alınıb və hazırda tamamilə Ukraynanın nəzarətindədir.

Qeyd edək ki, dünən Ukrayna aviasiyasının Xerson vilayətinin beş müxtəlif yaşayış məntəqəsindəki istehkam qurğularını, anbarları və s. hərbi hədəfləri vurması barədə məlumat yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti