Türkiyədə ağır qəzada 8 nəfər öldü

Türkiyədə ağır qəzada 8 nəfər öldü
  11 İyun 2022    Oxunub:2336
Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində ağır qəza olub.
AzVision.az xəbər verir ki, mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində 8 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Qəza baş verən bölgədə hərəkət məhdudlaşdırılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

AzVision.az





Teqlər: Türkiyə   Qəza  



Xəbər lenti