`Forsaj 7`Azərbaycanda çəkilib? - SÜRPRİZ FOTO

`Forsaj 7`Azərbaycanda çəkilib? - SÜRPRİZ FOTO
  23 Aprel 2014    Oxunub:6579
Dünyaca tanınmış aktyor, `Forsaj` serialının ulduzu Vin Dizelin rəsmi facebook səhifəsində paylaşılıan bir şəkil xeyli maraq doğurur.

Belə ki, meşəlik ərazidə çəkilmiş şəkilin yuxarı sağ küncündə Azərbaycanca yazı var.

Maraqlıdır ki, aktyor şəkildə məhz Dominik Toreto obrazındadır. Yəni şəkil `Forsaj` filmindəndir. Amma `Forsaj`ın indiyə qədər ekranlara çıxmış 6 filminin heç biri Azərbaycanda çəkilməmişdi. Doğrudanmı, 7-ci `Forsaj`ın çəkiliş qrupu Azərbaycanda olub?



Qeyd edək ki, `Forsaj 7` 2015-ci ilin aprelində prokata çıxacaq. Hazırda film prodakşn mərhələsindədir. Filmin bəzi səhnələrinin Əbu-Dabi və Dubayda çəkiləcəyi əvvəlcədən elan olunmuşdu.

Aktyor Pol Uokerin həlak olmasından sonra filmin çəkilişində fasilə yaranmışdı. AzVision.az `Hollywood reporter`ə istinadla xəbər verir ki, çəkilişlər bu ay bərpa olunub.

Tariyel
AzVision.az




Teqlər:  





Xəbər lenti