Avropa İttifaqı: “Ermənistandakı zorakılıq halları araşdırılmalıdır”
Səfir Ermənistanın ədliyyə nazirinə narahatlığını bildirib və qeyd edib ki, Ombudsmanla daim əlaqə saxlayır. İstifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.
Andrea Viktorin həmçinin nifrət və təxribat hərəkətlərindən çəkinməyin vacibliyini vurğulayıb və bütün tərəflərin öz tərəfdən hər hansı zorakılıqdan çəkinməsinin vacibliyini önə çəkib. Səfir əmin edir ki, Aİ Nümayəndəliyi hadisələri yaxından izləməyə davam edəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


