Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən marşrutlar yaradıb

Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən marşrutlar yaradıb
  12 İyun 2022    Oxunub:2572
Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb. AzVision.az Reuters-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib.
Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.

"Bu marşrutlar ideal deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik", - o, Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti çərçivəsində deyib.

Senik qeyd edib ki, Ukrayna ərazisində 30 milyon tona qədər taxıl saxlanılır və ixrac edilməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti