Baydenin İsrailə səfər tarixi açıqlandı

   Baydenin İsrailə səfər tarixi açıqlandı
  12 İyun 2022    Oxunub:1989
ABŞ Prezidenti Co Baydenin İsrailə səfər edəcəyi tarix açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Baydenin iyulun 14-də İsrailə səfəri gözlənilir.

Xatırladaq ki, Baydenin Yaxın Şərq səfəri iyun ayına planlaşdırılmışdı. Səfərin təxirə salınmasına səbəb Baydenin gərgin iş qrafiki olub.

Qeyd edək ki, Yaxın Şərqə səfəri çərçivəsində Bayden doqquz ərəb dövlətinin liderlərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən sammitdə iştirak edəcək.

AzVision.az




Teqlər:



Xəbər lenti