"PUA-ların qoşunlarda tətbiqinə gec başladıq" - Borisov

   "PUA-ların qoşunlarda tətbiqinə gec başladıq" -    Borisov
  13 İyun 2022    Oxunub:1393
Bu gün Rusiyada demək olar ki, bütün növ hərbi pilotsuz təyyarələr mövcuddur. Lakin gec şəkildə onların qoşunlara daxil edilməsinə başlanılıb.
AzVision.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini hərbi sənaye komplekslərinə nəzarət edən Yuri Borisov deyib.

- Hesab edirəm ki, biz pilotsuz nəqliyyat vasitələrinin ciddi şəkildə tətbiqi ilə gec məşğul oluruq. Hərçənd Suriya münaqişəsi bizi buna sövq etdi. İndi bu istiqamətdə dinamik inkişaf edirik və demək olar ki, bütün növ pilotsuz nəqliyyat vasitələrimiz var- kəşfiyyat, zərbə, taktiki, operativ və operativ-taktiki, - Baş nazirin müavini deyib.

Eyni zamanda o qeyd edib ki, ümumilikdə, Ukraynadaklı müharibə zamanı Rusiya silahları özünü yaxşı tərəfdən göstərir, yüksək dəqiqliyə malik silahlar, artilleriya və aviasiya silahları yüksək səviyyədə işləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   Rusiya  



Xəbər lenti