Xersonda partizanlar kollaborantlara qarşı "ov"a çıxdılar - FOTOLAR

   Xersonda partizanlar kollaborantlara qarşı "ov"a çıxdılar -    FOTOLAR
  13 İyun 2022    Oxunub:1450
Ukraynada partizanlar kollaborant "ov"una çıxıblar. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Xerson partizanları şəhərin tanınmış rusiyapərəst kollaborantı Kirill Stremousovun fotolarını ictimai yerlərə yapışdırıblar.
"İşğalçılar onu “hərbi idarə rəisinin müavini” elan ediblər. Küçələrdə Stremousovun fotoşəkili, eləcə də onun iddia edilən ev ünvanı olan vərəqələr peyda olub. Xerson və Kaxovka sakinləri işğal ərəfəsində bir daha göstərdi ki, onlar yeni reallıqla barışmaq fikrində deyillər. Bir sözlə iyunun 12-i Rusiya günündə "yerli işğalçılara" və onlarla işbirliyinə gedənlərə xüsusi “təbriklər” qoyublar", - saytlar yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti