Təmirə dayanan hərbi texnikaları yandırdılar - VİDEO

   Təmirə dayanan hərbi texnikaları yandırdılar -   VİDEO
  13 İyun 2022    Oxunub:1535
Rusiyada xeyli sayda hərbi texnika müəmmalı şəkildə yanıb. AzVision.az xəbər verir ki, Ukrayna mediası hadisə ilə bağlı yayılan videoları yayaraq yazır ki, maşınları hərbçilər bilərəkdən yandırıblar.
"Bryansk vilayətində hərbi hissənin ərazisində yanğın olub. Yayılan görüntülərdə Ukraynadakı döyüşlərdən qayıdan və təmir üçün parkda yerləşdirilən xeyli sayda hərbi maşının müəmmalı şəkildə yanması əks olunub", - saytlar yazıb.

Qeyd edək ki, Rusiyanın Ukrayna ilə sərhəd ərazisində oxşar hadisə bir dəfə də baş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Yanğın  



Xəbər lenti