Lada Repinanın kuklaları Bakıya gəlir

Lada Repinanın kuklaları Bakıya gəlir
  23 Aprel 2014    Oxunub:1183
Bakıda kukla ustası Lada Repinanın “Krallıq” adlı sərgisi açılacaq.
Aprelin 23-də Bakıda ilk ixtisaslaşmış incəsənət qalereyası olan “Kukla”nın bir yaşı tamam olur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qalereyanın təşkilatçıları Sankt-Peterburqdan olan məşhur gənc rəssam Lada Repinanın yeni əsərlərinin sərgisini bu hadisə ilə eyni vaxtda keçirmək qərarına gəliblər.

Lada Repinanın kuklaları Bakı tamaşaçılarına artıq tanışdır və onlardan bəziləri “Kukla” qalereyasının kolleksiyasına daxildir. İndi isə Lada Repina məhz Bakı üçün “Krallıq” adı altında nadir bir kukla seriyası hazırlayıb.

Tanınmış rəssam vaxtaşırı həm silsilə, həm də ayrı-ayrı işlər daxil olmaqla müəllif bu mövzuya toxunub. “Liliputlar kralı”, “Qırmızı Toxmaqlı qadın” adlı əsərlərində rəngarəng, lakin Qofman tərzində mübaliğə ilə dolu bir mövzu açır. Əvvəlki işlərlə birləşdirilən və tamamlanan bu seriya öz “Krallığ”ının sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirən və onu yüksək sənət və layihə səviyyəsinə qədər ucaldan bir rəssamın əməyinin məhsuludur.

Lada Repinanın əsərləri art-obyekt kimi xarakterizə edilə bilər, lakin öz təqdimatına görə müəllif məhdud xəyali təsvirə keçmir, daha çox vizual bədii estetikaya müraciət edir. Əvvəlcədən elan olunan mövzunun möhkəmləndirilməsi üçün onun işləri bir qayda olaraq silsilələrlə nümayiş olunur. Müxtəlif tərəflərdən və müxtəlif qavrayış nöqtələrindən hər bir obyektin öz təkrarolunmaz mənası vardır və onlar real kuklanın xarakterini qeyri-real dünya ilə tamamlayır. Onun işlərində rəngin xüsusi yeri var.

Rəssam öz təqdimatında bütün işləri eyni rəng qamması ilə birləşdirməyə çalışmır, əksinə onları forma oyunları və personajların xarakterləri ilə tamamlayır. Onun işləri çox vaxt notları xatırladır. Onların köməyi və musiqi duyumuna görə tamaşaçı öz musiqisini yaradır.

Sankt-Peterburqlu gənc və istedadlı rəssam Lada Repina “Ədəbiyyat və teatr qəhrəmanları kuklalarda” (Musiqi muzeyi, Şeremetyev Sarayı), “Milad sərgisi” (Rosvuzdizayn qalereyası), “İncəsənətdə ölüm obrazı” (Rəssam Mixail Şemyakin Fondu), “Monstrlar. Mifik varlıqlar” (Rəssam Mixail Şemyakin Fondu), “Kukla sənəti” (Moskva Maneji MSZ), “İncəsənətdə başmaqlar” (Rəssam Mixail Şemyakin Fondu) və bir sıra mühüm sərgilərin iştirakçısıdır.

Lada Repina Sankt-Peterburqda N.K.Rerix adına İncəsənət Məktəbini qrafik dizayner ixtisası üzrə bitirdikdən sonra (1996-2001) təhsilini eyni ixtisas üzrə A.L.Ştiqlits adına Sankt-Peterburq İncənət və Sənaye Akademiyasında (əvvəllər V.İ.Muxina adına məktəb) davam etdirmiş və 2009-cu ildə oranı bitirib. Onun əsərləri Rusiyanın, Azərbaycanın, İspaniyanın, ABŞ və İsrailin şəxsi kolleksiyalarında saxlanılır.

Sərgi çərçivəsində “Kuklalar məkanı” (Moskva) şəxsi qalereyasının müəllifi Svetlana Pçelnikovanın üç əsəri də nümayiş olunacaq.
Svetlana Pçelnikova Moskvada Beynəlxalq Kuklalar Salonunun təşkilatçısı və “Kuklalar dünyası” jurnalının sahibəsidir.

Muzey Mərkəzində açılacaq sərgi aprelin 29-dək davam edəcək.


Teqlər:





Xəbər lenti