Afrikada silahlı hücum - 100 nəfər öldürüldü

   Afrikada silahlı hücum -    100 nəfər öldürüldü
  13 İyun 2022    Oxunub:832
Burkina-Fasonun şimal-şərqində silahlıların hücumu nəticəsində azı 100 nəfər həlak olub.
Bu barədə "Reuters" agentliyi Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.



Məlumata görə, iyunun 12-nə keçən gecə silahlı qrup Nigerlə həmsərhəd olan Seytenqa kommunasında (Seno əyaləti) yaşayış məntəqələrinə hücum edib.



Bəzi mənbələr ölənlərin sayının 165 nəfər olduğunu bildirib. Hadisənin təfərrüatları açıqlanmayıb.



Qeyd edək ki, Burkina Faso ərazisində bir sıra terror qruplaşması fəaliyyət göstərir.

AzVision.az



Teqlər:



Xəbər lenti