"ABŞ Ukraynanı tələb etdiyi silahlarla təminat verməyə hazırdır" - Pentaqon rəhbəri

   "ABŞ Ukraynanı tələb etdiyi silahlarla təminat verməyə hazırdır" -    Pentaqon rəhbəri
  13 İyun 2022    Oxunub:1077
ABŞ müxtəlif ölkələrdən olan müttəfiqləri və tərəfdaşları ilə birlikdə öz torpaqlarını Rusiya təcavüzündən qorumaq istəyən Ukraynanın silahlı qüvvələrini müdafiə silahları ilə təchiz etmək barədə müraciətinin həyata keçirilməsinə hərtərəfli töhfə verməyə hazırdır.
AzVision.az Ukrinforma istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Taylanda səfəri zamanı deyib.

"Birləşmiş Ştatlar hər şeyi təmin etməyə və Ukraynanın uğur qazanmasına kömək etməyə hazırdır”.

O əlavə edib ki, ABŞ və digər ölkələr ən qısa müddətdə Ukraynaya mümkün qədər çox dəstək vermək üçün səylərini davam etdirəcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti