İranda zavodda baş verən partlayışda 112 nəfər zəhərlənib

 İranda zavodda baş verən partlayışda    112 nəfər zəhərlənib
  13 İyun 2022    Oxunub:1046
İranın cənubundakı Fars əyalətində yerləşən Firuzabad şəhəri yaxınlığında natrium karbonat zavodunda baş verən partlayış nəticəsində azı 112 nəfər zəhərlənib.
AzVision.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Daha əvvəl 76 zəhərlənənin olduğu qeyd edilib.

Agentlikdən bildirilib ki, partlayışdan sonra baş verən yanğın söndürülüb. Hazırda xilasedicilər qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparır.

AzVision.az





Teqlər:



Xəbər lenti