"Vəziyyətimiz yaxşı deyil" - Paşinyan Moskvaya qarşı sanksiyalardan danışdı

      "Vəziyyətimiz yaxşı deyil" -   Paşinyan Moskvaya qarşı sanksiyalardan danışdı
  14 İyun 2022    Oxunub:1940
Ermənistan iqtisadiyyatının durumu Rusiyaya qarşı sanksiyalar kontekstində xoşagəlməz haldadır. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Ukrayna hadisələrindən sonra xeyli adam Rusiyadan öz bizneslərini Ermənistana köçürdü. Hər iki ölkə Avrasiya İqtisadi Birliyinin üzvüdür, Ermənistan isə neytral iqtisadi zonaya malikdir. Paşinyan ümid edir ki, Ermənistan iqtisadiyyatında vəziyyət bundan sonra idarə oluna biləcək.

- Təbii ki, Ermənistan iqtisadiyyatına təkcə Rusiyanın indiki iqtisadi vəziyyəti birbaşa təsir göstərməyib. Bizə həm də ərzaq təchizatı, inflyasiya və bir çox digər amillərlə bağlı qlobal iqtisadi gərginlik də öz təsirini göstərib, - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Paşinyan   İqtisadiyyat  



Xəbər lenti