Rusiya qırıcıların yeni döyüş kadrlarını yaydı - VİDEO

   Rusiya qırıcıların yeni döyüş kadrlarını yaydı -    VİDEO
  14 İyun 2022    Oxunub:1401
Rusiya Müdafiə Nazirliyi Aerokosmik Qüvvələrin Su-25 hücum təyyarəsinin Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə endirdiyi zərbələrin görüntülərini nümayiş etdirib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, hücum təyyarələrinin ekipajları yalnız Ukraynanın hərbi obyektləri və texnikasına raket zərbələri vurub. Raket buraxılışları aşağı hündürlükdən həyata keçirilib.

Kadrlarda hücum təyyarələrinin uçuşa hazırlığı, onların qoşa şəkildə havaya qalxması və son dərəcə aşağı hündürlükdə, maksimum sürətlə döyüş tapşırığı yerinə yetirildiyi əraziyə çıxması əks olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti