"Artilleriya arsenalını "Kalibr"lə vurmuşuq" - Rusiyalı general

   "Artilleriya arsenalını "Kalibr"lə vurmuşuq" -    Rusiyalı general
  14 İyun 2022    Oxunub:1765
"Kalibr" raketləri Ukraynanın silah arsenalı olan ərazini məhv edib. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov brifinq zamanı deyb.
Ukraynanın elit bölməsi xeyli sayda texnikanı külə döndərdi - VİDEO
O qeyd edib ki, Çerniqov vilayətinin Priluki qəsəbəsi ərazisində yüksək dəqiqlikli uzaqmənzilli "Kalibr” raketlərindən istifadə olunmaqla Ukrayna ordusuna məxsus artilleriya silahları və sursatlarının arsenalını məhv edilib. Bundan əlavə, havadan buraxılan yüksək dəqiqlikli raketlər canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 11 ərazini, Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölmələrinin səkkiz atəş mövqeyini, o cümlədən “Qrad” reaktiv yaylım atəş sistemi ilə fəaliyyət göstərən 3 tağımı, həmçinin Xarkov şəhərinin cənub kənarındakı iki sursat anbarını vurub.

Generalın sözlərinə görə, raket qoşunları və artilleriya Ukrayna qüvvələrinin ümumilikdə 350-dən çox ərazisini və komanda məntəqəsini, artilleriya və minaatan bölmələrinin 59 atəş mövqeyini, həmçinin Donetskin Konstantinovka rayonundakı yanacaq anbarını məhv edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   General  



Xəbər lenti