İsveçrə və Almaniyada 4 İŞİD tərəfdarı həbs edilib

   İsveçrə və Almaniyada 4 İŞİD tərəfdarı həbs edilib
  14 İyun 2022    Oxunub:885
İsveçrə və Almaniya hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasına dəstək verməkdə şübhəli bilinən 4 nəfər həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə İsveçrə Federal Prokurorluğu məlumat yayıb.
Qeyd edilir ki, əməliyyat bazar ertəsi axşam Almaniyada, eləcə də İsveçrənin Sürix, Sent-Qallen və Luzern kantonlarında həyata keçirilib.

"İsveçrədə koordinasiyalı əməliyyat üç həbs və yeddi axtarış tədbirləri ilə yekunlaşıb. Almaniyada isə bir həbs və bir axtarış tədbiri reallaşıb”, - məlumatda deyilir.
Biri azyaşlı olan həmin şəxslərin hamısının bir-biri ilə əlaqəsi olduğu vurğulanır. İsveçrədən olan iki şübhəli isə əvvəllər də İŞİD-ə dəstək verməklə bağlı cinayətlərə görə məhkum olunublar.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti