Aİ 110 min meymun çiçəyi vaksini alacaq

Aİ 110 min meymun çiçəyi vaksini alacaq
  14 İyun 2022    Oxunub:1447
Avropa Birliyi 110 min meymun çiçəyi vaksini alacaq. AzVision.az xəbər verir ki, bunu Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Avropa Komissarı Stella Kiriakidou Səhiyyə Nazirləri Şurasının iclasında bildirib.
- Bu gün mən 110 000 meymunçiçəyi vaksininin alınması ilə bağlı müqavilə imzalayacağam ki, üzv dövlətlərin onlarla təmin olunsun. İlk tədarük isə iyunun sonunda başlayacaq, - Kiriakidou deyib.

Onun sözlərinə görə, bu günə qədər Aİ-də 900-ə yaxın, dünya üzrə isə 1400-ə yaxın yoluxma hadisəsi qeydə alınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti