Rusiya bir sıra Britaniya vətəndaşlarını sanksiya siyahısına saldı

Rusiya bir sıra Britaniya vətəndaşlarını sanksiya siyahısına saldı
  14 İyun 2022    Oxunub:1403
Rusiya Xarici İşlər Nazirliyi müdafiə kompleksləri ilə əlaqəsi olan 20 Britaniya vətəndaşını sanksiyalar siyahısına əlavə edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Böyük Britaniyanın müdafiə kompleksi ilə əlaqəli sanksiya tətbiq edilən şəxslər arasında Britaniya müdafiə nazirinin müavini Ceremi Mark Quinn, Kral Hərbi Dəniz Qüvvələrinin komandanı, Kral Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Benjamin Con Key və Kral Hərbi Hava Qüvvələrinin komandanı Maykl Uiqston da var.

Həmçinin qeyd edilir ki, siyahıya daxil olan britaniyalı jurnalistlərin Rusiya, Ukrayna və Donbass hadisələri haqqında qəsdən yalan və birtərəfli məlumatların yayılmasında iştirakı iddia edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti